Hava dumanlı və çiskinli olacaq
01 fevral 2010 12:45 (UTC +04:00)

Hava dumanlı və çiskinli olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Günün birinci yarısında bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 9-14 dərəcə, axşam 5-7 dərəcə isti olacaq.


Fevralın 2-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.


Fevralın 3-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin qeydə alınacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.


Fevralın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin qeydə alınacaq. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında fevralın 2-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu
gecə 0-5 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.


Fevralın 3-4-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Lakin fevralın 4-dən başlayaraq qərb rayonlarında hava şəraitinin qeyri-sabit, bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi
əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə, gündüz 10-13 dərəcə isti, fevralın 4-də 8-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə, fevralın 4-də 0-4 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar