“Elmi fəaliyyət haqqında” qanun layihəsi hazırlanıb
Bu gün Milli Məclisin Elm və təhsil məsələləri Komitəsinin iclası keçirilib. Lent.az-ın xəbərinə görə, iclasda Komitənin 2009-cu ildə gördüyü işlər müzakirə olunub. Həmçinin, Komitənin 2010-cu il yaz sessiyasının görəcəyi işlər təsdiqlənib.
İclasda “Elmi fəaliyyət haqqında” qanun layihəsi də müzakirə olunub. Komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, bu qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilatı-hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinin 15 gündən sonra Komitənin iclasında müzakirə olunması, daha sonra isə Milli Məclisin müzakirəsinə təqdim olunması qərara alınıb.
Pərvin ABBASOV

713