Bakı Apellyasiya Məhkəməsinin hakimləri bir yerə toplandı
Bu gün Bakı Apellyasiya Məhkəməsində 2009-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran məsələlər barədə məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş ümumi və bəzi ixtisaslaşdırılmış məhkəmələrin hakimləri ilə toplantı keçirilib. Bu barədə Lent.az-a məhkəmədən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışıb.
Məhkəmə kollegiyaları sədrlərinin vəzifələrini icra edən hakimlər tərəfindən müvafiq kollegiyalar üzrə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmiş, birinci instansiya məhkəməsi hakimlərini maraqlandıran məqamlara aydınlıq gətirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının məsul şəxsləri iştirak ediblər.

586