“Quş qripi” monitorinqin nəticələri açıqlandı
Bu dəfə də müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi tapılmayıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyinə görə ölkə ərazisində aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a bildiriblər ki, yanvarın 18-dən başlanmış monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 24 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1578 baş ev quşunun qan nümunələri, eləcə də 11 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi tapılmayıb.
Xatırladaq ki, nəzarət tədbirləri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti monitorinqləri bundan sonra da davam etdirəcək. Növbəti monitorinqin fevralın 15-də başlanması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanılması, satılması və ondan qida məhsulu kimi istifadəsi qadağandır.
Elxan SALAHOV

411