Hesabat vermək istəməyən QHT-lərin adları açıqlandı
28 yanvar 2010 17:30 (UTC +04:00)

Hesabat vermək istəməyən QHT-lərin adları açıqlandı

Azay Quliyev: “2010-cu ildən Şura layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsində Şərqi Avropa təcrübəsindən istifadə edəcək”


Bu gün “Park İnn” hotelin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ilin yekunları ilə bağlı tədbiri keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Şura sədri Azay Quliyev deyib ki, 2009-cu ili uğurlu il hesab etmək olar.

Onun sözlərinə görə, 2009-cu ildə Şura tərəfindən 247 layihə maliyyələşdirilib. Layihələrin dəstəklənməsinə ayrılmış vəsaitin həcmi 2 067 952 manat olub. Prezidentin sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan edildiyi üçün Şura bu istiqaməti önə çıxarıb, uşaqların hüquq və mənafelərinin müdafiəsi, onların problemlərinin həlli ilə bağlı 42 layihə maliyyələşdirilib.

Bu il ərzində Şura QHT fəaliyyətinin ən aktual problemləri üzrə konfranslar, təlimlər və seminarlar keçirmiş, birgə layihə maliyyələşdirilməsi yolunda ilk addımlar atılıb. 20-dən artıq QHT layihəsini Şura həm Dünya Bankı, həm Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ilə müştərək qaydada maliyyələşdirib.


Beynəlxalq təcrübənin öyrənilməsi baxımından 2009-cu ildə Şura üzvlərinin Xorvatiyaya səfəri xüsusən əhəmiyyətli olub, Şərqi Avropa təcrübəsi öyrənilib. Azay Quliyev dedi ki, 2010-cu ildən Şura layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsində Şərqi Avropa təcrübəsindən istifadə edəcək.

Tədbirdə o da bildirilib ki, 2009-cu ildə QHT-lərin müxtəlif layihədlər üzrə keçirdikləri tədbir və konfranslarda 60 min kişi, 48 min qadın iştirak edib. Tədbirdə 2009-cu ildə layihələri maliyyələşdirilən, ancaq hesabat verməkdən, Şuranın katibliyi ilə əlaqə saxlamaqdan yayınan QHT-lərin adları da açıqlandı. Bu sırada “Azəri Yolu” Gənclər Təşkilatı, Azərbaycan Miqrasiya Təşkilatı, Azərbaycandan Kənarda Təhsil Alan Mütəxəssislər Cəmiyyəti, Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi, “Yeni Həyat” İctimai Birliyi və digərləri var.

Tədbirdə 2009-cu ildə Şuranın maliyyələşdirdiyi layihələrlə bağlı nəşr edilmiş kitab da təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861

Oxşar yazılar