Bu il isə 387 mənzilin inşası yekunlaşacaq
28 yanvar 2010 13:00 (UTC +04:00)

Bu il isə 387 mənzilin inşası yekunlaşacaq

İndiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillərlə təmin olunub

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün 707 mənzil tikilərək istifadəyə verilib. Bu isə 2008-ci illə müqayisədə 2 dəfə çoxdur.

Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, 2008-ci ildə 396 mənzil istifadəyə verilmişdisə, ötən il 707 mənzilin tikintisi başa çatdırılıb. Bu il isə 387 mənzilin inşası yekunlaşacaq.

Nazir qeyd edib ki, indiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillərlə təmin olunub. Bundan başqa, 1998-2009-cu illər ərzində 2114 ədəd “OKA” markalı minik avtomobilləri həmin kateqoriyadan olan əlillərə verilib. Ötən il əlillər üçün daha 500 ədəd “Slavuta” markalı avtomobil respublikaya gətirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar