“Heç bir sosial layihə kəsirdə qalmayıb”
28 yanvar 2010 12:45 (UTC +04:00)

“Heç bir sosial layihə kəsirdə qalmayıb”

Füzuli Ələkbərov: “Ötən il hər ailəyə orta hesabla 113 manat həcmində ünvanlı sosial yadım ödənilib”

“2009-cu ildə Azərbaycanda həyata keçirilən sosial layihələrin heç biri kəsirdə qalmayıb. Nəzərdə tutulan bütün tədbirlər, o cümlədən ödəmələr vaxtında yerinə yetirilib”.

Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, ötən il ölkədə 144 min 829 ailə ünvanlı dövlət sosial yardımlarından bəhrələnib. Hər ailəyə orta hesabla 113 manat həcmində ünvanlı sosial yadım ödənilib.

Nazir bildirib ki, 2008-ci illə müqayisədə ötən il sosial müavinət alanların sayı 387 min 547 nəfərdən 394 min 901 nəfərə çatıb. İl ərzində təqaüd alanların sayı isə 32 min 925 nəfər olub. Füzuli Ələkbərovun sözlərinə görə, sosial müavinət alanların sayının sabit qalmasının əsas səbəbi əlilliyə görə sosial müavinət alanların sayında artımın minimuma endirilməsidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar