Əlilliyin artım dinamikası zəifləyib
Ötən il ərzində ilk dəfə olaraq, əlillərin sayının artım dinamikası heçə endirilib
Son 5 ildə ilk dəfə olaraq, Azərbaycanda əlilliyin artım dinamikasında azalma baş verib. Ən böyük azalma isə 2009-cu ildə qeydə alınıb.
Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, ötən il əlilliyin artım dinamikası əvvəlki illə müqayisədə 6412 nəfər azalıb. Bu isə 2008-ci ildəkindən 25,9 faiz aşağıdır. Tam reabilitasiya göstəricisi isə 5,4 faiz olub ki, bu da son 5 ilin ən böyük göstəricisidir.
Nazir ötən il əlilliyin artım dinamikasının aşağı düşməsini Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən tədbirlərin nəticəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, ötən il Azərbaycanda reabilitasiya müəssisələrinin şəbəkəsi xeyli genişləndirilib. Xaçmaz və Yevlax şəhərlərində hər biri 14 çarpayılıq yeni bərpa mərkəzləri açılıb.
Füzuli Ələkbərov bildirib ki, əlillərin bərpa-müalicəsinin səmərəli təşkili bu il üçün də prioritet vəzifə olacaq. Onun sözlərinə görə, artıq əlillik problemlərinə kompleks şəkildə aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyası məqsədilə vahid məlumat bazasının təşkilinə başlanıb.
Elxan SALAHOV

456