Ümumdünya Səhiyyə Təşkilatının baş eksperti etiraf etdi
27 yanvar 2010 20:15 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının baş eksperti etiraf etdi

“Donuz qripi” pandemiyası ilə bağlı ÜST-nin qəbul etdiyi qərar mükəmməl olmayıb”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş eksperti Keydji Fukuda Avropa Şurası Parlament Assambleyasında “donuz qripi” ilə bağlı keçirilən dinləmələrdə iştirak edib.

Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, Keydji Fukuda etiraf edib ki, 2009-cu ildə “donuz qripi” pandemiyası ilə bağlı ÜST-nin qəbul etdiyi qərar mükəmməl olmayıb.

Bununla belə, o qeyd edib ki, “donuz qripi”nin pandemiya xarakteri almağa başlaması ilə əlaqədar ÜST-nin qərar qəbul etməsinə dərman istehsal edən əczaçı şirkətlərin hər hansı təsiri olmayıb. Keydji Fukudanın sözlərinə görə, ÜST keçən ilin iyununda qrip pandemiyası ilə bağlı qərar qəbul edəndən sonra Avropa ölkələrinin əksəriyyəti milyon dozalarla vaksin alıblar: “Baxmayaraq ki, dünyada bir neçə min insan AH1N1 vurusuna yoluxma nəticəsində vəfat edib, “donuz qripi”nin nəticələri gözlənilən səviyyədən aşağı olub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar