Bakıya yaraşmayan qar
Yanvarın 25-dən Bakıya yağan qar hazırda dayanıb. Lent.az-ın müxbirinin paytaxt küçələrindən verdiyi məlumata görə, şəhərin bir sıra nöqtələrində avtomobillərin hərəkətində problem yaranıb.
Belə ki, paytaxtın əksər nöqtələrində, o cümlədən Binəqədi, Sabunçu, Nizami, Suraxanı rayonlarında avtomobil tıxacları yaranıb. Marşrutların hərəkətində də problemlər yarandığından dayanacaqlarda adətən olduğundan çox sərnişin müşahidə olunub. Bir sıra yerlərdə insanlar uzun məsafəni piyada qət etməli olub. Məsələn, Sabunçu dairəsindən “Əzizbəyov” metrostansiyasına qədər tıxac yarandığından marşrutdakı sərnişinlərin bir qismi piyada getməyi üstün tutub. Analoji hal Yeni Günəşli qəsəbəsindən “Xalqlar dostluğu” metrosuna qədər olan məsafədə də yaşanıb.
Şəhərin bir sıra yerlərində yolların buz bağlaması ilə əlaqədar avtomobil qəzaları baş verib.
Şəhərin yalnız bəzi yerlərində qumsəpən maşınlar görünüb.
Pərvin ABBASOV

462