9 min 849 boş iş yeri var
Bunun 2737-si təkcə Bakı şəhərində yerləşən müəssisələrin payına düşür
Ötən il Azərbaycanda məşğulluq xidməti orqanları vasitəsilə peşə kurslarına cəlb olunanların 60-70 faizə qədəri kursu bitirdikdən sonra işlə təmin olunub. İşlə təmin olunmayanlar isə məşğulluq xidməti orqanlarının nəzarəti altında potensial işaxtaran kimi yenidən qeydiyyata alınır.
Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli ötən ilin yekunlarına dair bu gün keçirdi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, ötən il ərzində Bakı, Naxçıvan və Göyçaydakı Regional Peşə Tədrisi Mərkəzlərində 2131 nəfər işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub. Həmçinin məşğulluq xidməti orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə 2009-cu il ərzində 155 məhkumluq müddətinin başa çatmasına az qalmış şəxslər “Kompüter istifadəçisi”, “Dərzi”, “Bərbər”, “Dülgər-xarrat”, “Elektrik qaz qaynaqçısı”, “Elektrik qaz qaynaqçısı”, “Elektrik avadanlıqları üzrə elektrik montyoru”, “Avtomobilin təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kurslarına cəlb olunub. Bundan başqa, “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərə 470 müəssisə tərəfindən 2351 boş iş yerləri təqdim olunub ki, bunun da nəticəsində 431 nəfər işlə təmin edilib.
Anar Bədəlbəyli bildirib ki, məşğulluq xidməti orqanlarına təqdim olunmuş siyahıya əsasən, hazırda 9 min 849 boş iş yeri var. Bunun 2737-si Bakı şəhərində, yerdə qalanı isə regionlarda fəaliyyət göstərən müəssisələrin payına düşür.
Elxan SALAHOV

1766