İşsizlərə 4 milyon manat müavinət verilib
27 yanvar 2010 16:15 (UTC +04:00)

İşsizlərə 4 milyon manat müavinət verilib

4 milyon 50 min manat müavinətin hamısı işsizlərə çatdırıb

Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən, Azərbaycanda işsizlik səviyyəsi 6 faizdir. Amma məşğulluq xidməti orqanlarına müraciət edən işsizlərin sayı isə təxminən 1,3-1,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, işsiz vətəndaşların heç də hamısı rəsmi qeydiyyata düşməyib.

Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli ötən ilin yekunlarına dair bu gün keçirdi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, 2008-ci ilədək Azərbaycanda işsizlik müavinəti 24 manat olub, hazırda isə bu məbləğ 55 manat təşkil edir. Onun sözlərinə görə, işsizlik müavinətinin məbləği az olsa da, onun minimum əməkhaqqı səviyyəsinə çatdırılması doğru deyil: “İşsizlik müavinətlərinin özünün meyarları var. Yəni minimum əməkhaqqı ilə minimum müavinət bərabər ola bilməz. Ək halda işsizin iş axtarmasına marağı olmaz”.

Anar Bədəlbəyli bildirib ki, 2009-cu ildə işlə təmin olunan vətəndaşların aldığı orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 35-40 faiz yüksək olub. Onun sözlərinə görə, ötən il işsizlik müavinəti üçün 4 milyon 50 min manat vəsait ayrılıb və həmin vəsait Dövlət Sosial Müdafiə Fondu tərəfindən tam şəkildə ödənilib. Məşğulluq xidməti orqanları isə öz növbəsində bu vəsaitin hamısını işsizlərə çatdırıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar