Qarlı Bakıya “Jeep” də yaramır
Mən Yeni Günəşlidə yaşayıram – evimiz ordadı. Həmişə olduğu kimi, bu gün də səhər saat 9-da evdən çıxıb işə gəlirdim. Yəqin çoxunuz bilmirsiz: qar yağdı, yollar buz bağladı, Günəşlidəkilərin evi yıxıldı. Bu gün də eləydi.
Nə isə. Birtəhər sürüşə-sürüşə özümü dayanacağa çatdırdım. Burda həmişə olduğundan çox adam var idi. Haradasa, 40-45 dəqiqəyə yaxın 316 nömrəli marşrutu gözlədim. Mənim kimi həmin marşrutu gözləyən xeyli sayda adam var idi. Yolları buz bağlamışdı. Öz-özümə deyirdim ki, “haçan mənim də bir “Jeep”im olar, mən də qarda rahat gedərəm”. Elə bu sözü ürəyimdə təzəcə deyib bitirmişdim, gözümün qarşısında elə hadisələr yaşandı ki, piyada olmağıma şükür elədim.
Məni təəccübləndirən o oldu ki, gözümün önündə baş verən yol-nəqliyyat hadisələrinin hamısını “Jeep” kimi tanıdığımız “Offroader” tipli avtomobillər törədirdi. Həyatımda belə şeyi ancaq kinolarda görmüşdüm...
Beş dəqiqədən bir yol nəqliyyat hadisəsi
Dayanacaqda olduğum zaman, 5 dənə “Jeep” aralarında təxminən 5 dəqiqəlik fasilələrlə qəza törətdilər. Onlardan biri 120 nömrəli marşrut avtobusuna, biri “VAZ 21011” markalı avtomobilə, ikisi “VAZ 2106”-ya, biri də “Mitsubishi”-yə çırpıldı. İş orasındadır ki, həmin bu “Jeep”-lərin çırpıldığı maşınlar hamısı dayanmış vəziyyətdə idi.
Vallah, “Jeep”lərin sürücülərinə yazığım gəlirdi. Ağlamaq tutmuşdu onları. Şükür Allaha ki, qəzalarda xəsarət alan olmadı.
...Qəzalar seriyası davam edir, 316 isə gəlib çıxmaq bilmirdi. Əl atıb telefona, zəng elədim baş redaktorumuza. Salamlaşandan sonra “Burada yollar buz bağlayıb, marşrutlar işləmir. Mən işə gecikirəm” - deyib, Yeni Günəşlidən “Xalqlar Dostluğu” metrosuna qədər yolu piyada gəldim. Düzdü, işə bir saatdan çox gecikdim, amma sağ-salamat və maddi ziyana düşməmiş gəldim. “Maddi ziyan” deyəndə olmayan “Jeep”imin əzilməməyini yox, marşruta verəcəyim 20 qəpiyi nəzərdə tuturam...
Fərid Əkbərov

417