İşçilərin maaşını gecikdirən müəssisələr cəzalandırılıb
Ötən il 1045564 manat məbləğində gecikdirilmiş ödəmələr vətəndaşlara çatdırılıb
2009-cu ildə işlərin və xidmətlərin yerinə yetirilməsinə qeyri-qanuni cəlb olunmuş 7048 fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin olunub. Bunun 6769 nəfəri ( 96 faiz) özəl qurumların payına düşür. Qanunsuz işdən azad edilmiş 55 nəfər isə əvvəlki işinə qaytarılıb.
Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyin rəisi Nəbi Şükürlü ötən ilin nəticələrinə dair keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, 2009-cu ildə törədilmiş inzibati xətaya görə 162 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilib. Nəticədə həmin şəxslər 553870 manat məbləğində cərimə olunub. Cərimələrin 149350 manatı ( və ya 27 faizi) ticarət, ictimai iaşə, təchizat sektoru üzrə fəaliyyət göstərən müəssisələrin, 77500 manatı (14 faiz) nəqliyyat və rabitə, 72400 manatı (13 faiz) sənaye, 70600 manatı (12,7 faiz) isə tikinti sektoruna aid müəssisələrin payına düşür.
Cərimələrin böyük əksəriyyəti ( 474200 manat və ya ümumi cərimələrin 81,5 faizi) qeyri-dövlət müəssisələrin vəzifəli şəxslərinə tətbiq olunub. Nəbi Şükürlü bildirib ki, Dövlət Əmək Müfəttişliyin ötən il ərzində gördüyü tədbirlər nəticəsində 1 045 564 manat məbləğində gecikdirilmiş ödəmələr vətəndaşlara çatdırılıb. Bu vəsaitin təxminən 65 faizi (681176 manat) əməkhaqqı , 19 faizi (199209 manat) sosial müavinətlər və kompensasiyalar, 15 faizi isə (164512 manat) zərərə görə ödənişlərdir. İşçilərə ödənilməsi təmin edilmiş vəsaitlərin əksəriyyəti sənaye (34 faiz), elm, təhsil, mədəniyyət (26 faiz) müəssisələrinə aid olub.
Elxan SALAHOV

414