Təhsil naziri Misir Mərdanov Ağstafaya səfər edib
25 yanvar 2010 16:00 (UTC +04:00)

Təhsil naziri Misir Mərdanov Ağstafaya səfər edib

Nazirin iştirakı ilə zona müşavirəsi keçirilib

Yanvarın 25-də təhsil naziri Misir Mərdanov Ağstafaya səfər edib. Rayonda nazirin iştirakı ilə zona müşavirəsi keçirilib.

Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, zona müşavirəsinə Tovuz, Qazax və Ağstafa rayon icra hakimiyyəti başçıları, təhsil şöbələrinin rəisləri, orta məktəblərin və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri qatılıb.

“Təhsilin inkişafının perspektivləri” mövzusunda keçirilən tədbirdə Qazax, Tovuz və Ağstafada təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən bəhs edilib. Qeyd edilib ki, hazırda rayonların hər birində bir məktəb üçün yeni bina tikilir. Məktəblər qəzalı vəziyyətdə olan binalardan yeni və müasir tikililərə köçürüləcək. Bundan başqa bölgədə peşə təliminin səviyyəsinə də xüsusi önəm verilir. Ağstafada peşə tədrisi mərkəzi üçün yeni binanın inşası nəzərdə tutulur.

Zona müşavirəsində müəllim və şagird sayı, şagirdlərin bilik səviyyəsi, müəllimlərin kurslara cəlb edilməsi kimi məsələlərə də toxunulub, lazımi tapşırıqlar verilib.

Tədbirin sonunda nazir Misir Mərdanov Ağstafanın Həsənsu kəndində almanlar tərəfindən 19-cu əsrdə inşa olunmuş binada fəaliyyət göstərən məktəbdə və Dağ Kəsəmən kənd məktəbində olub. Burada təlim-tədris prosesi ilə tanış olub. Ardından peşə tədrisi mərkəzi üçün bu il inşası nəzərdə tutulan yeni bina üçün ayrılan əraziyə baxış keçirib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar