İnsan həyatı üçün təhlükəli yağ aşkarlanıb
200 qramlıq “Naş moloçnik” kərə yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar var
İqtisadi İnkişaf Nazirliyi satışda olan yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı nəzarət tədbirləri zamanı insan sağlamlığı üçün təhlükəli yağ aşkarlayıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalarda Ukraynanın “Starokonstantinovskiy moloçnıy zavod” müəssisəsinin istehsalı olan 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının mikrobioloji göstəricilərinin normalara uyğun olmadığı müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bununla əlaqədar Dövlət Xidməti tərəfindən həmin növdən yağların satışının dayandırılması barədə idxalçı “Avrora” firmasına müvafiq göstəriş verilib. Firmanın Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17-ci Dağüstü küçəsi, 13 ünvanında yerləşən anbarında “Naş moloçnik” əmtəə nişanlı kərə yağından nümunə götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinəsi zamanı məlum olub ki, “Naş moloçnik” yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar var və ümumi mikrobların sayı normadan bir neçə dəfə çoxdur.
Bununla əlaqədar olaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Avrora” firmasının anbarında olan 696,6 kq yağın məhv edilməsi barədə qərar qəbul edilib. “Naş moloçnik” əmtəə nişanlı kərə yağının dövriyyədən çıxarılması üçün təcili tədbirlər görülməsi barədə firmaya göstəriş verilib. Hazırda bakteriyalarla yoluxmuş kərə yağının məhv edilməsi, bu məhsulun dövriyyədən tamamilə çıxarılmasının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan edir ki, “Starokonstantinovskiy moloçnıy zavod” müəssisəsinin istehsalı olan 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağının insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Bu Dövlət Xidməti səbəbdən də istehlakçıları həmin növdən olan yağları almaqdan çəkinməyə çağırır.
Elxan SALAHOV

687