Pensiyalar indeksləşdiriləcək
Bu il indeksləşmə 1,5 faizlik inflyasiyanın səviyyəsinə uyğun aparılacaq
2006-cı ilin yanvarın 1-dək pensiyaya çıxan vətəndaşların fərdi uçot sistemindəki hesablarında toplanan vəsaitlər 2006-2009-cu il üzrə indeksləşdiriləcək. 2006-cı ilədək təqaüdə çıxanların pensiyasının indeksləşdirilməsi iş stajının əvvəlcədən müəyyənləşdirilən məbləğin misli qədər yekun vəsaitin şəxsin fərdi hesabına köçürülməsi ilə həyata keçiriləcək.
Dövlət Sosial Müdafiə Fondundan Lent.az-a bildiriblər ki, vətəndaşın 25 il iş stajı varsa, həmin müddətin hər bir ili üçün 170 manat hesablanacaq. Sonrakı üç il (2006-2009-cu illər) üçün isə indeksasiya aparılacaq. İndeksasiya son 3 ilin inflyasiya faizi əsasında həyata keçiriləcək və alınan məbləğ toplanaraq həmin şəxsin hesabına yazılacaq.
Fondda bildirirlər ki, indeksasiya pensiyaların sığorta hissəsinin inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təmin edəcək. Rəsmi statistikaya əsasən, 2009-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 1,5 faiz olub. Bu isə o deməkdir ki, indeksasiyadan sonra pensiyanın baza hissəsi 1,5 faiz artacaq.
Elxan SALAHOV

1179