İqtisadi İnkişaf Nazirliyi işçi axtarır
20 yanvar 2010 14:30 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi işçi axtarır

Müsabiqəyə iqtisadiyyat və idarəetmə, riyaziyyat, texniki, hüquq ixtisas istiqamətləri üzrə ali təhsili olanlar qatıla bilər

İqtisadi İnkişaf Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib. Ərizələrin qəbulu yanvarın 18-dən fevralın 1-dək nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Nazirlikdən Lent.az-a bildiriblər ki, müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə yararlığı müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Şərtlərə əsasən, müsahibədə nazirlikdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. Elanda göstərilən vakant vəzifələrə əsasən nazirliyin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin bir neçə sektoruna baş məsləhətçi, dövlət qulluğu və kadrlar şöbəsinin kadrlarla iş sektoruna müdir, xarici iqtisadi əlaqələr, xarici ticarət siyasəti və Dünya Ticarət Təşkilatı şöbələrinin sektorlarına böyük məsləhətçilər tələb olunur. Regionların inkişafı və dövlət proqramları şöbəsinin Dövlət proqramlarının əlaqələndirilməsi və icrasına nəzarət sektoruna aparıcı məsləhətçi, Korporativ idarəetmə sektoru müdiri, Maliyyə və təminat şöbəsinə şöbə müdiri-baş mühasib, Sahibkarlığın inkişafı şöbəsinin sahibkarlarla və müvəkkil kredit təşkilatları ilə iş sektoruna baş məsləhətçi vəzifələrinə də işçi axtarılır.

Xatırladaq ki, müsabiqədə vakant vəzifələrdən asılı olaraq, yalnız iqtisadiyyat və idarəetmə, riyaziyyat, texniki, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsili olan, kompüter və xarici dili bilən şəxslər iştirak edə bilər. Təklif olunan vakant yerlər üzrə minimum maaş 355 manat, maksimum əməkhaqqı isə 495 manatdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577

Oxşar yazılar