KİV və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Bu barədə APA-ya fonddan bildirilib. Məlumata görə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; informasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi; KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi; ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətləri üzrə KİV və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi qərara alınıb.
Müsabiqədə müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər, son bir ildə müntəzəm olaraq ayda bir dəfə nəşr olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar, müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, lisenziyası olan, son bir ildə müntəzəm xəbər istehsalı və satışını həyata keçirən informasiya agentlikləri, dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ən azı bir illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist birlikləri iştirak edə bilər.
“Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydaları”nı pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan, barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, əsasən reklam və erotik xarakterli materiallar dərc edən, təsisçisi dini qurumlar və dini icmalar olan, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan, xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan, təsisçiləri dövlət orqanları olan mətbuat vasitələrinə müsabiqədə iştirak hüququ verilmir.
Hər layihə üçün maksimum məbləğ 15 000 manat müəyyən edilib. Hər qurum bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə ən çox bal toplamış 5 layihə maliyyələşdiriləcək. Ərizələr yanvarın 19-dan martın 1-dək Fondun ofisində qəbul olunur. Ərizələr şəxsən təqdim edilməlidir. Nəticələr martın 20-dək elan ediləcək. 2009-cu ilin layihə müsabiqəsinin hesabatlarını vaxtında təhvil verməyən təşkilatlar müsabiqəyə buraxılmayacaq.

645