Bakı Şəhər Təhsil İdarəsinin rəsmi saytı istifadəyə verilib
19 yanvar 2010 11:45 (UTC +04:00)

Bakı Şəhər Təhsil İdarəsinin rəsmi saytı istifadəyə verilib

Saytda Bakı məktəblərində keçirilən tədbirlər və hadisələr haqqında məlumatlar yerləşdiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) www. bakuedu.gov.az ünvanında rəsmi internet resursu istifadəyə verilib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a bildirib ki, saytın hazırlanmasında məqsəd ictimaiyyətin informasiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təhsildə baş verən yeniliklərlə tanış olmasına imkan yaratmaqdır. Onun sözlərinə görə, müntəzəm qaydada yenilənən xəbərlər bölməsində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində keçirilən tədbirlər və hadisələr haqqında məlumatlar yerləşdirilir.

Saytda Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri haqqında ayrıca bölmə də yaradılıb. Həmin bölmədə bütün təhsil müəssisələri haqqında ətraflı məlumat əldə etmək olar. Resursun səhifələrində “Qalereya” bölməsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dünəni və bu gününü əks etdirən fotoşəkillər yerləşdirilib. www. bakuedu.gov.az saytında həmçinin Bakıda fəaliyyət göstərən məktəblərin xəritəsi də əksini tapıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4142

Oxşar yazılar