DİN-in şəxsi heyəti ağacəkmə kampaniyasına qoşulub
16 yanvar 2010 13:00 (UTC +04:00)

DİN-in şəxsi heyəti ağacəkmə kampaniyasına qoşulub

2010-cu ilin “Ekologiya ili” elan olunması ilə bağlı bu istiqamətdə tədbirlər görülür.

Ölkədə genişmiqyaslı yaşıllaşdırma kampaniyalarına start verib. Prezident İlham Əliyevin bu təşəbbüsünün reallaşdırılmasına ötən ilin sonlarından start verilib, bu tədbirə dövlət orqanları da qoşularaq, Abşeron yarımadasının yaşıllaşdırılması, ekoloji tarazlığın qorunması üçün əməli addımlar atıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, daxili işlər orqanları da öz növbəsində ölkənin hər yerində həyata keçirilən ekoloji mühitin tənzimlənməsi kampaniyasına qoşulub. DİO əməkdaşları Yanvarın 16-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 3 hektar sahədə ölkənin iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, Azərbaycan təbiətini təqdim edən üç min ədəd Eldar şamı və zeytun ağacları əkiblər.


Bu təşəbbüsə daxili işlər naziri general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in bütün şəxsi heyəti qoşulub. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə əkdikləri hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar