Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə zona müşavirəsi keçirib
Müşavirə yeni yaradılan Respublika üzrə əlillər haqqında vahid məlumat bazası ilə bağlı düzənlənib
Yanvarın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə zona müşavirəsi keçirib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirdə nazirliyin Ünvanlı Sosial Yardımlar şöbəsinin müdir müavini Vaqif Şərifov, 15 şəhər, eləcə də rayon üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Tibbi Ekspertiza Komissiyaların rəhbərləri iştirak edib. Müşavirədə 10 dekabr 2009-cu il tarixində yaradılan Respublika üzrə əlillər haqqında vahid məlumat bazasının əhəmiyyəti barədə geniş məlumat verilib.
Vaqif Şərifov qeyd edib ki, bazanın yaradılması əlillərin müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Artıq nazirlikdə hər bir əlil haqqında dəqiq məlumat əldə etmək mümkün olacaq. Bu məqsədlə əlillər haqqında xüsusi sorğu anketləri hazırlanacaq.
Hazırda Respublikada əlil vətəndaşların sayı 480000-dən artıqdır. Bunlardan 996 nəfəri qərb bölgəsində yaşayır. Aparılan müşahidələr göstərib ki, əlillərin əksəriyyəti əmək qabiliyyətlidir. Bu səbəbdən onların işlə təminatına da xüsusi diqqət ayrılacaq.
Respublika üzrə əlillər haqqında yaradılan vahid məlumat bazasının əhəmiyyəti barədə təşkil olunan zona müşavirələri daha 4 regionda da keçiriləcək.
Vüsalə Cənnətova

550