Şəhidliyi ilə qəhrəmanlıq qazanmış oğul
“Azərbaycanın Milli Qəhrəmanı”, mayor Elman Hüseynovun ölümündən 17 il keçir
Bu gün Milli Qəhrəman Elman Hüseynovun ölümünün 17-ci ili tamam olur. Ölümünün ikinci ildönümündə, 1995-ci il yanvarın ölkə başçısının fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüş Elman Hüseynov indi Tərtər rayonunun Qaraqoyunlu kənd qəbiristanlığında uyuyur.
1952-ci il fevralın 28-də Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində doğulmuş Elman Süleyman oğlu Hüseynov 1973-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun hidromeliorasiya fakültəsində təhsilini başa vuraraq mühəndis ixtisası alıb. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alan Elman Hüseynov 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib. Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1991-ci ildə dövlət vəzifələrində işləməsinə baxmayaraq, könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüş iki dəfə yaralanan Elman Hüseynovun Qarabağda son döyüşü olur. O, həmin gün Vəngdəki gərgin döyüşlərdə həlak olub.
Tərtərin Qaraqoyunlu kəndində dəfn edilmiş Milli Qəhrəmanımızın adına indi həmin rayonda küçə də var. Tərtər rayonunun mərkəzində onun büstü qoyulub.
Allah rəhmət eləsin!

688