Əlillərin Vahid Məlumat Bazası yaradılır
Bu məqsədlə Bakıda və regionlarda müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillərin cəmiyyətə inteqra¬si¬ya¬sı¬nı təmin etmək məqsədilə vahid məlumat bazasının (VMB) yaradılmasına başlanıb. Əsas hədəf əlillərin problemlərinə kompleks yanaşmanı, fərdi reabilitasiya planı əsasında tibbi və sosial reabilitasiya təd¬bir¬lə¬rinin ardıcıl həyata keçirilməsini təmin etməkdir.
Lent.az-ın məlumatına görə, VMB-in yaradılması üzrə İşçi Qrup bu istiqamətdə ilk əməli tədbir kimi, respublika üzrə bütün kateqoriyadan olan əlillərin müəyyən edilməsi üçün əlillərlə bağlı bütün məlumatların əks olunacağı sorğu anketlərin doldurulması işinə başlamağı nəzərdə tutur. Bu işdə nazirliyin rayon (şəhər) Əhalinin Sosial Mü¬da¬fiə¬si mərkəzləri və zonalar üzrə Tibbi-Sosial Ekspert komissiyaları da yaxından iştirak edəcək. İşçi Qrup həmçinin qeyd olunan sorğu anketlərin doldurulması işinin səmərəli təşkili məqsədilə bilavasitə bu işi həyata keçirəcək strukturların əmək¬daş¬larının təlimatlandırılması üçün ayrı-ayrı zonalar üzrə müşavirələrin keçirilməsini zəruri hesab edir.
Xatırladaq ki, BMB-nın təşkili məqsədilə bu gün Bakı və Gəncə şəhərində, Lənkəran, İsmayıllı və Ağcabədi rayonlarında müşavirələr keçirilib. Bu tədbirlərin hər birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər işçiləri də iştirak edib.
Hazırda Azərbaycanda 410 min nəfər əlil var.
Elxan SALAHOV

803