Tovuzda 6 nəfər vərəmdən ölüb
14 yanvar 2010 21:00 (UTC +04:00)

Tovuzda 6 nəfər vərəmdən ölüb

Tovuz da daxil olmaqla, ətraf rayonlardan 700-dən artıq vərəmli xəstə qeydiyyatdadır

Tovuz rayon Vərəm Dispanserində 2009-cu ildə 82 xəstə qeydiyyata götürülüb. 80-dən artıq xəstə tam müalicə olunub. Ötən illərin göstəricilərinə baxanda, vərəmli xəstələrinin sayında ciddi fərq müşahidə edilmir. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Tovuz rayon Vərəm Dispanserinin baş həkimi Rəncbər Əminə məlumat verib. Onun sözlərinə görə, tibb müəssisəsində Tovuz da daxil olmaqla, ətraf rayonlardan ümumilikdə 700-dən artıq vərəmli xəstə qeydiyyatdadır.

Ötən il vərəm xəstəliyindən dünyasını dəyişənlərin sayı isə 6 olub.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar