Azərbaycanda yeni qəzet nəşrə başlayır
Yanvarın 16-dan etibarən Azərbaycanda daha bir mətbuat orqanı işıq üzü görəcək. Lent.az-ın məlumatına görə, ilk nömrəsi üç il əvvəl Rusiyada – Moskva şəhərində çap olunan “Salam Press” qəzetinin mövzu əhatəsi tək Azərbaycan yox, bütün dünyada yaşayan Azərbaycanlıların fəaliyyəti və onların yaşadıqları ölkələrdə baş verən önəmli ictimai-siyasi məqamlar olacaq.
Baş redaktor Tariyel Süleymanın verdiyi məlumata görə “Salam Press” qəzetinin səhifələrindən oxucular həm Azərbaycan, həm də dünyada baş verən yeniliklərlə bağlı məlumatlar almaqdan savayı, maraqlı müsahibələrlə, analitik yazılar, iqtisadi, ictimai-siyasi xarakterli proqnozlarla da tanış ola biləcəklər. Qəzet eyni zamanda öz səhifələrini Azərbaycanın aktual problemlərinin həlli yollarının araşdırılması mövzusunda diskussiya müstəvisinə çevirməyi planlaşdırır.
Qeyd edək ki, “Salam Press” qəzeti Bakı nəşri ilə paralel Moskva şəhərində də həftəlik nəşrini davam etdirəcək. İlkin olaraq 16 səhifə A 3 formatla rəngli formada nəşr olunacaq qəzet həftənin şənbə günləri satışa çıxarılacaq.

Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25