Əzizbəyovun heykəlinin yerində fəvvarə tikilir
13 yanvar 2010 16:30 (UTC +04:00)

Əzizbəyovun heykəlinin yerində fəvvarə tikilir

Bakının mərkəzi yerlərindən birində - Yasamal rayonu ərazisində bir müddət əvvəl Məşədi Əzizbəyovun heykəlinin götürüldüyü bağda tikinti-quraşdırma işləri aparılır. Ərazidə yaşayanlardan birinin Lent.az-a verdiyi məlumata görə, tikinti-quraşdırma işlərinə artıq bir neçə gündür start verilib.

Ərazidə fəvvarə tikiləcəyi deyilsə də, oraya başqa bir heykəlin qoyulacağı da istisna olunmur.

Xatırladaq ki, Əzizbəyovun heykəli 2009-cu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən göstərişlə götürülüb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar