İngilis dili müəllimləri üçün ixtisasartırma layihəsi
13 yanvar 2010 15:00 (UTC +04:00)

İngilis dili müəllimləri üçün ixtisasartırma layihəsi

Əvvəlcə ibtidai, sonra yuxarı sinif müəllimləri layihədə iştirak edəcək

Azərbaycanda ilk dəfə ingilis dili müəllimləri üçün “İngilis dilinin onlayn tədrisi” ixtisasartırma layihəsi həyata keçiriləcək. İki mərhələdən ibarət layihənin icrasına yaxın vaxtlarda başlamaq nəzərdə tutulur.

Təhsil Nazirliyindən Lent.az-a bildirib ki, artıq bu layihənin reallaşması üçün lazımi hazırlıq işləri görülüb. Məqsəd ümumtəhsil məktəblərində ingilis dilinin intensiv tədrisi və müəllimlərin müasir təlim texnologiyalarına yiyələnməsinə nail olmaqdır.

İlkin mərhələdə ibtidai, sonra isə digər sinif müəllimlərinin də layihədə iştirakı planlaşdırılıb. Gələcəkdə isə bölgələrdəki internet olan bütün təhsil ocaqlarında da belə layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003

Oxşar yazılar