"Məktəbə hazırlığın təşkili qaydaları" təsdiqləndi
Yeni qaydalarda 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruriliyi xüsusi qeyd olunur
Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili qaydaları"nı təsdiq edib.
Lent.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin yanvarın 8-də təsdiq etdiyi qərara əsasan, "Təhsil haqqında" qanuna uyğun hazırlan bu qaydalar məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir. Sənədə əsasan, 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruri hesab olunur. Lakin məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
Qaydalara əsasən, 5 yaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.
Elxan SALAHOV

1401