Atası itkin düşən Əmrah dərdinə əlac axtarır
13 yaşlı epilepsiya xəstəsinin müalicəsinə kömək üçün cəmi 10 min dollar toplamaq kifayətdir
Atası Qarabağ müharibəsində itkin düşmüş 13 yaşlı Əmrah epilepsiyadan əziyyət çəkir, gündə bir neçə dəfə özündən gedir. Atası Haramı düzündə itkin düşəndən 6 ay sonra dünyaya gələn Əmrah hazırda II qrup əlil olan anasının himayəsində Bayıldakı kiçik və yoxsul daxmalarında yaşayır.
Anası İradə Əliyeva Lent.az-a bildirib ki, Əmrahın müalicəsi yalnız xaricdə mümkündür: “Oğlum dünyaya gələndən bir neçə il sonra onda ürəkgetmələr başladı. Müayinə etdirdik, bəlli oldu ki, beynində problem var. Gündə iki-üç dəfə özündən gedir, dili qatlanır”.
Anasının dediyinə görə, hazırda oğlu Əmrah 5 saylı ruhi-əsəb dispanserində qeydiyyatdadır. Ona steriotaksit xəstəliyi diaqnozu qoyulub. Beyin xəstəliyidir. İradə xanım deyir ki, oğlunun müalicəsi Azərbaycanda mümkün deyil: “Rusiyada, Almaniyada, İranda əməliyyat yolu ilə oğlumu xilas etmək mümkündür. Almaniya və Rusiyada 30 min dollara, İranda 17 min dollara bu əməliyyatı etdirmək mümkündür. Bunun 7 min dollarının ordan-burdan birtəhər toplamışam. Amma artıq bütün imkanlar tükənib. Bu gün elə vəziyyətdə yaşayırıq ki, iki gündən sonra nə olacağını bilmirəm”.
İradə Əliyeva oğlunun müalicəsi üçün müvafiq dövlət orqanlarına müraciət etsə də, lazımi köməklik göstərən olmayan olmayıb. Hazırda çarəsiz vəziyyətdə qalan İradə xanım imkanlı şəxslərdən, ölkə rəhbərliyindən, Qarabağ döyüşçüsü Canpoladın yadigarı olan Əmrahın müalicəsinə köməklik göstərmələrini xahiş edir.
Əmraha kömək etmək istəyən mərhəmətli insanlar (012) 491-18-63 saylı telefonla onun anasına zəng edə və ya aşağıdakı bank hesabına pul köçürə bilərlər.
Beynəlxalq Bankın Qaradağ filialı
Kod 80 56 47
Bankın VÖEN-i 9900001881
Müxbir hesab: 0137010002944
S.W.B.F.T. Bik - İBAZAZ2X
hesablaşma hesabı - GAR 64 25 41 AZN 30 01 01
Əliyev Əmrah Canpolad oğlu.
Ünvan: Bayıl qəsəbəsi, Q.Abbasov küçəsi 7a, mənzil 6.
Mərhəmətli insanlar, çarəsiz vəziyyətdə qalan Əmrahı naümid qoymaq! Bununla həm də Qarabağda itkin düşmüş atasının yoxluğunun acısını azca da olsa, almış olarıq!
Elxan SALAHOV

574