TQDK Şəkidə zona müşavirəsi keçirir
Müşavirədə 9 rayonun abituriyentlərinin ötən ilki imtahan nəticələri müzakirə olunur
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Şəki şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirir. Müşavirəsində TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov, Komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edirlər.
Komissiyadan Lent.az-a bildiriblər ki, tədbirdə TQDK-nın şəbə müdiri Arzu Bağırov qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib. O, öz çıxışında ötən il Şəki şəhər məktəblərini 2107 şagird bitirib və onların 1686 nəfəri attestat aldığını söyləyib. Attestat alanların 68.80 faizi (1160 nəfəri) qəbul imtahanlarında iştirak edib və 364 məzun (imtahanda iştirak edənlərin 31.38 faizi) tələbə adını qazanıb.
Təhlillərə əsasən, ötən ilki qəbul imtahanlarda Ağdaş rayonundan 39, Ağsudan 29, Oğuzdan 28, Balakəndən 34, İsmayıllıdan 45, Qaxdan 27, Qəbələdən 51, Zaqataladan 47, Zərdab rayonundan isə 27 məktəbin məzunları iştirak edib. Ağdaş məktəblərindən 114 məzun, Ağsudan 31, Oğuzdan 110, Balakəndən 33, İsmayıllıdan 156, Qaxdan 136, Qəbələdən 247, Zaqataladan 151, Zərdabdan isə 52 məzunu tələbə adını qazanıb.
Elxan SALAHOV

506