“HİV” “İİV”lə, “AİDS” isə “QİÇS”lə əvəzləndi
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 16-cı bəndinin üçüncü abzasında “HİV” və “AİDS” akronimləri müvafiq olaraq “İİV” və “QİÇS” akronimləri ilə əvəz edilsin.
“İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı”nın 30-cu bəndində “AİDS” akronimi “QİÇS” akronimi, “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.3-cü və 2.2.3.1-ci bəndlərində “AİDS” və “HİV” akronimləri müvafiq olaraq “QİÇS” və “İİV” akronimləri ilə əvəz ediləcək.
Eyni zamanda “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununda “XXXII. Səhiyyə” bölməsinin mətnində “AİDS” və “HİV” akronimləri müvafiq olaraq “QİÇS” və “İİV” akronimləri ilə əvəzlənəcək. Digər qanunvericilik aktlarında da müvafiq dəyişikliklər ediləcək.

807