Küləyin vurduğu ziyan aradan qaldırılır
Rayonlara ilkin olaraq 10000 ədəd şifer, 1000m² şüşə və 100m³ taxta göndərilib
Cari ilin 3-4 yanvar tarixində respublikanın bir sıra bölgələrində, xüsusilə cənub bölgəsində əsən güclü külək nəticəsində sosial obyektlərə - məktəb, səhiyyə, uşaq bağçalarına, eləcə də fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq, hazırda aidiyyəti qurumların nümayəndələri ilə birlikdə həmin bölgələrdə dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə nazirlik tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Daşkəsən rayonlarına ilkin olaraq 10000 ədəd şifer, 1000m² şüşə və 100m³ taxta göndərilib.

620