Ötən il 5086 nəfərə işsiz statusu verilib
Respublikanın 57 şəhər və rayonlarında əmək yarmarkalarında 8132 nəfər özünə iş tapıb
2009-cu ildə Məşğulluq Xidməti orqanlarına müraciət etmiş 46467 işaxtaranların 28382 nəfər münasib işlə təmin edilib. 5086 nəfərə isə müvafiq qaydada işsiz statusu verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildiriblər ki, ötən il ərzində 5687 nəfərə işsizlik müavinəti təyin edilib. Bundan başqa, 4827 nəfər peşə hazırlığı kurslarına larına cəlb olunub ki, bu da əvvəlki illə müqayisədə 42 faiz çoxdur. 1508 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Nazirlikdə deyirlər ki, Məşğulluq Xidməti orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, 2009-cu ildə 155 nəfər “Kompüter istifadəçisi”, “Dərzi”, “Bərbər”, “Dülgər-xarrat”, “Elektrik qaz qaynaqçısı”, “Elektrik avadanlıqları üzrə elektrik montyoru”, “Avtomobilin təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kurslarına cəlb olunub. Görülmüş tədbirlər nəticəsində ötən ilə Naxçıvan da daxil olmaqla respublikanın 57 şəhər və rayonlarında əmək yarmarkaları təşkil keçirilib. Yarmarkalarda 3022 müəssisə tərəfindən boş iş yerləri təqdim olunub və 24190 boş iş yerlərinin hesabına 8132 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub. Bundan başqa, 866 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Ötən il Bakı, Gəncə şəhərlərində və Abşeron rayonunda məzunların və tələbələrin işlə təmin olunmasına köməklik göstərilməsi məqsədi ilə məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilmiş tədbirlərə 470 müəssisə tərəfindən 2351 boş iş yerləri təqdim edilib. Tədbirlər nəticəsində 431 nəfər münasib işlərlə təmin olunub. Hesabat dövründə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 3938 nəfər işsiz vətəndaş, o cümlədən 2182 nəfər qadın, 1875 nəfər gənc, 186 nəfər qaçqın və məcburi köçkün, 32 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub.
Elxan SALAHOV

494