Əmək pensiyaçılarının sayı azalacaq
07 yanvar 2010 18:00 (UTC +04:00)

Əmək pensiyaçılarının sayı azalacaq

Səbəb “Əmək pensiyaları haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdir

Yanvarın 1-dən “Əmək pensiyaları haqqında” qanuna edilmiş əlavə və dəyişikliklər qüvvəyə minib. Qanunda qadınların pensiyaya çıxmaq üçün yaş həddinin mərhələlərlə 57-dən 60-a, kişilər üçünsə 62-dən 63-ə qaldırılması əmək pensiyaçılarının 2010-cu ildə gözlənilən artımının qarşısını alacaq.

Lent.az-ın məlumatına görə, ilkin olaraq 2010-cu ilin sonuna əmək pensiyaçılarının sayının 1342200 nəfərə çatacağı gözlənilirdi. Lakin “Əmək pensiyaları haqqında” qanuna edilmiş əlavə və dəyişikliklər ilin sonuna kimi əmək pensiyaçılarının sayını 35,3 min nəfər (23, 4 min nəfər qadınlar (14 min nəfəri 3 və 4 uşaqlı analar), 11,9 min nəfəri isə kişilər) azaldacaq. Nəticədə 2010-cu ildə əmək pensiyaçılarının sayının 1.307 min nəfər olacağı gözlənilir.

DSMF-nin məlumatlarına əsasən, 2010-cu ildə pensiyanın baza hissəsinin orta aylıq məbləği isə 75 manat təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar