Qərb bölgəsində 10 dini icmaya şəhadətnamə verilib
06 yanvar 2010 16:00 (UTC +04:00)

Qərb bölgəsində 10 dini icmaya şəhadətnamə verilib

Şəhadətnamə alan dini icmalardan 4-ü Gəncədə yerləşir

Azərbaycanın qərb rayonlarından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dövlət qeydiyyatından keçmək üçün 39 dini icmanın sənədləri təqdim edilib. Bunlardan 10-u ilk dəfə qeydiyyatdan keçmək üçün müraciət edib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Firdovsi Kərimov bildirib. Onun sözlərinə görə, artıq 10 dini icma şəhadətnamə alıb. Bunlardan 4-ü Gəncədə, qalanları isə bölgənin digər şəhər və rayonlarında fəaliyyət göstərir. 1 dini icma xristian, digərləri isə islam yönümlüdür.

Sənədlərini vaxtında təqdim edən digər dini icmaların şəhadətnamələri də zamanla təqdim ediləcək.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar