TQDK 7 regionda zona müşavirələri keçirəcək
05 yanvar 2010 20:00 (UTC +04:00)

TQDK 7 regionda zona müşavirələri keçirəcək

Qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş müşavirələr sabah Sumqayıtdan başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinə başlayır. İlk müşavirə sabah Sumqayıt şəhərində keçiriləcək.

TQDK-dan Lent.az-a bildiriblər ki, respublikanın müxtəlif bölgə mərkəzlərində keçiriləcək bu müşavirələrdə komissiya ilə yanaşı Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.

Zona müşavirələrinin keçirilmə cədvəli:

S/s

Müşavirənin keçiriləcəyi  mərkəz

Bölgəyə daxil
olan rayonlar

Tarix

Yer

1.

Sumqayıt

Sumqayıt, Abşeron, Dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz, Xızı

06.01.2010
saat 11-00

Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəbi

2.

Naxçıvan

Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz, Sədərək, Şərur

07.01.2010
saat 11-00

“Gənclik” mərkəzi

3.

Lənkəran

Lənkəran, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şirvan, Cəbrayıl, Yardımlı

07.01.2010
saat 12-00

Lənkəran Dövlət Dram Teatrı

4.

Şəki

Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab

11.01.2010
saat 12-00

İcra Hakimiyyətinin binası

5.

Ağstafa

Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz

27.01.2010
saat 11-00

Heydər Əliyev Mərkəzi

6.

Gəncə

Gəncə, Ağcabədi, Ağdam, Bərdə, Daşkəsən, Fizuli, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Samux, Tərtər, Ucar, Göygöl, Mingəçevir, Naftalan, Yevlax, Laçın

28.01.2010
saat 12-00

Azərbaycan Dövlət Aqrar Uiniversiteti

7.

Bakı

Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı, Xocavənd

03.02.2010
saat 11-00

Nəsimi rayonu 1 saylı orta məktəb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar