Azərbaycanda “Gənc Jurnalistlər Kulubu” yaradılır
08 yanvar 2010 18:00 (UTC +04:00)

Azərbaycanda “Gənc Jurnalistlər Kulubu” yaradılır

“Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının (“GL” UGT) tərkibində jurnalistikaya marağı olan gənclər üçün “Gənc Jurnalistlər Klubu” yaradılır. Bu barədə Lent.az-a “GL” UGT-nin sədri Fərid Şahbazlı məlumat verib.

Bu il yanvar ayının sonlarından etibarən klubun yaradılmasına başlanacaq. F.Şahbazlı deyib ki, klubun yaradılmasında məqsəd ölkə mediasında çalışan gənc jurnalistlərə dəstək vermək, onların peşekarlıq və dünyagörüş səviyyəsini yüksəltməkdir: “Bu layihədə digər əsas məqsəd mətbuatımıza yeni imzalar təqdim etməkdir. Ona görə də, “Gənc Jurnalistlər” kulubuna yalnız jurnalistikaya marağı olan və ya artıq bu işlə məşğul olan tələbə və məktəblilər üzv ola bilər”.

F.Şahbazlının sözlərinə görə, klub üzvlərinə 3 ay müddətində ölkənin tanınmış media mütəxxəsisləri tərəfindən təlimlər keçiriləcək. Eyni zamanda klub üzvlərinin ölkəmizin tanınmış media nümayəndələri ilə görüşləri, redaksiyalara və televiziyalara səfərləri təşkil olunacaq. Fəal klub üzvlərinin müxtəlif media qurumlarında təcrübələrə göndərilməsi və onların yazılarının mətbuatda çapı nəzərdə tutulub.
Təşkilat sədri deyir ki, əgər layihə uğurla reallaşarsa bir müddət sonra “Gənc Jurnalistlər Kulubu”nun müstəqil qurum kimi fəaliyyət göstərməsi haqqında qərar qəbul oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar