Minaaxtaranlar Azərbaycana gələcək
Gələn il bir sıra ölkələrdən minaaxtaranlar təlim keçmək üçün Azərbaycana gələcək. Bu barədə Lent.az-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mina təhlükəsi üzrə maarifləndirmə departamentinin rəhbəri Musa Cəlalov məlumat verib.
M.Cəlalovun sözlərinə görə, ANAMA tərəfindən ilk dəfə olaraq bu il Əfqanıstan, Tacikstan və Gürcüstan minaaxtaranlarına təlimlər keçirilib. Təlimlərin nəticələrini beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndiriləndən sonra həmin ölkələr 2010-cu ildə təlim keçmələri üçün Azərbaycana yeni minaaxtaran qrupları göndərməyə qərar veriblər.
ANAMA nümayəndəsi bildirib ki, bu il Tacikstan, Əfqanıstan və Gürcüstandan bir neçə komandanın Azərbaycana gəlişi gözlənilir. Digər iki ölkədən fərqli olaraq ANAMA tərəfindən Gürcüstan Müdafiə Nazirliyinin zabitlərdən ibarət qrupuna təlimlər keçirilir.
Rəşad

525