Qorxulu nağıllar: “Şaxta baba” əməliyyatı...
“Dağlarda qurdum dəyə, gəldim sizi.... öldürməyə”
Yeni İl bayramını Şaxta Baba və Qar Qızı olmadan təsəvvür etmək mümkün deyil. Amma son illər Şaxta Baba adından və ona olan etibardan sui-istifadə hallarının çoxalması, belə getsə, bir neçə ildən sonra dünyada Şaxta baba böhranı yaradacaq. KİV-in və hüquq-mühafizə orqanlarının məlumatlarına baxsaq, son 5 il ərzində bəzi insanların Şaxta Baba adı altında daha təhlükəli işlərlə məşğul olması faktlarının artmaqda olduğunu da görərik. Artıq uşaqların sevimlisi olan Şaxta Babaların saxta variantlarının adları müxtəlif cinayətlərdə, qalmaqallarda hallanmaqdadır. Müşahidələr göstərir ki, əgər 15-20 il əvvəl Şaxta Babalar tərəfindən əsasən kiçik miqyaslı soyğunçuluq, evlərin qarət edilməsi kimi hadisələr baş verirdisə, indi Yeni İli xüsusi təmtəraqla qeyd edən Avropa ölkələri Santa Klausların növbənöv cinayətlərindən zara gəlib. Şaxta Baba geyimində, əməlli-başlı maskalanmış, kimliyi bəlli olmayan oğrular bankları soymağa, uşaqları oğurlamağa, təcavüz, terror kimi cinayətlərə əl atırlar.
Şaxta babalar da siyasiləşir
Bir həftə əvvəl Şaxta babaların dünyadakı müharibələrə etiraz olaraq Londonda keçirdikləri yürüş aksiyası artıq 2010-cu ilin gəlişini gözləyən Santa Klausların siyasiləşməsinin göstəricisi kimi xarakterizə olunur. Yüzlərlə Şaxta Babanın qatıldığı bu etiraz aksiyası əvvəlki aksiyalardan dinc və sülhməramlı məqsəd daşıması ilə fərqlənib. İngiltərə mətbuatının yazdığına görə, Santa Klauslar bu tip aksiyaları hər il keçirsələr də aksiyanın nə vaxt keçiriləcəyi, eləcə də yürüşün haradan başlayacağı öncədən bəlli olmur. Yalnız tədbirə 24 saat qalmış Şaxta Babalar Cəmiyyəti internet vasitəsi ilə bütün üzvlərinə çağırış edərək, onlara hərəkət istiqamətini və toplaşma məntəqəsinin yerini bildirir.
Dünyada baş verən siyasi proseslərə davam gətirə bilməyərək siyasiləşən Şaxta babalar əksər hallarda öz sülhsevərliklərini qoruyub saxlayırlar. Almaniyada 1995-ci ildən Şaxta Baba Sülh Mükafatı (Noel baba) adlı beynəlxalq mükafat da təsis edilib. Bu mükafat hər ilin dekabr ayında dünyada sülhün qorunması, bu sahədə fəaliyyətinə görə hansı ölkədən olmasına fərq qoyulmadan fərdlərə və təşkilatlara təqdim olunur. Dünyada sülhyaratma missiyasına görə 2001-ci ildə NATO-ya “Dünya əsgərləri” adına Şaxta Baba Sülh Mükafatı təqdim olunub.
Manyak Santa
Şaxta babaların törətdiyi cinayətlər arasında təcavüz və uşaqbazlıq kimi faktların daha çox olması, daha geniş coğrafiyanı əhatə etməsi nəzərdən qaçmır. Hətta vəziyyət o həddə çatıb ki, ABŞ, Kanada, Rusiya kimi ölkələrdə Şaxta Babalar “işə çıxmazdan” əvvəl hüquq mühafizə orqanları yerli KİV vasitəsi ilə əhaliyə müraciət edərək qadınları, qızları və azyaşlı uşaqları manyak Şaxta babaların təcavüz hərəkətləri barədə məlumatlandırır, ehtiyatlı olmağı tapşırırlar. Bütün bunlara baxmayaraq, İngiltərədə yerləşən Şaxta Babalar Cəmiyyətinin hesablamalarına görə, Şaxta Baba qiyafəsinə girmiş manyaklar tərəfindən dünyada hər Yeni il ərəfəsində təqribən 2-2,3 min arası təcavüz aktı törədilir. Bu hadisələrin ən çox baş verdiyi ölkələr isə ABŞ, Rusiya, İngiltərə, Kolumbiya və Almaniyadır. Qapılarını xoş məramla Santa Klausların üzünə açan, eləcə də Yeni il əyləncələrində iştirak edən qadınlar daha çox manyak Santaların qurbanı olur.
Qeyd edək ki, 2007-ci ildə Avstriyada Yeni il ərəfəsində bir qrup Qar Qızın müraciəti əsasında həbs olunan bir Santa Klausla bağlı polisin apardığı araşdırmalar zamanı məlum olub ki, o, az müddət ərzində yanında “işə götürdüyü” Qar Qızlarına təcavüz edib. Araşdırmalar zamanı Santa Klausun 5 işçisinə təcavüz etdiyi və ya əxlaqsız hərəkətlərə yol verdiyi müəyyənləşib.
ABŞ-da Şaxta babalar tərəfindən rekord sayda əxlaqsız hərəkətlər və oğurluq halları ötən il qeydə alınıb - 12 274 fakt. Yeni il gecəsi Klivlend şəhərində 12 yaşlı bir qız uşağını qaçırmağa cəhd göstərən Antoni Russo adlı Santa Klausu isə polislər elə “iş başında” yaxalayıb. Məlum olub ki, bu “saxta baba” bir neçə həftə ərzində 10-13 yaş arası 5 qızı qaçıraraq, təcavüz edib. Santa Klaus uşaqları alabəzək çuvalı və içindəki müxtəlif heyvan şəkilli şirniyyatlarla aldadıb motosikletinə mindirərək qaçırırmış.
Ötən il Moskvada yaxalanmış “Ded Moroz”un isə əsasən yaşlı, tənha yaşayan qadınlara təcavüz etdiyi üzə çıxıb. Polisin çoxsaylı şikayətlər əsasında apardığı əməliyyat tədbirləri nəticəsində ələ keçən 61 yaşlı “Ded” əvvəlcə xoşuna gələn qadınları izləyib onların mənzillərini müəyyənləşdirib. Daha sonra həmin mənzillərin telefonlarını taparaq zəng edib, onlara hədiyyə gətirdiyini söyləyən Şaxta Babanı qadınlar blokun qapısında belə gözlətmədən evə dəvət edirmişlər. Manyak öz çirkin əməllərini bundan sonra həyata keçirirmiş.
“Saxta” baba
Yuxarıda qeyd etdiyimiz kimi ildə yalnız bir “sezon” işə çıxan Şaxta Babaların adları oğurluq, quldurluq kimi cinayətlərdə də tez-tez hallanır. Bu cür hadisələrə son illər Azərbaycanın iri şəhərlərində və Bakıda da təsadüf olunur. Heç kimin ağlına gətirmədiyi “baba”ya qapı açıb onu evə dəvət edən insanlar gözləmədikləri halda təzyiqlə üzləşir. Soyuq silahla silahlanmış “saxta” baba hamının gözü qarşısında evdə çəkidə yüngül, qiymətdə ağır nə varsa, yığışdırıb aradan çıxır. Şaxta Baba qiyafəsində maskalanmış bu şəxslərin kimliyini çox zaman təyin etmək də mümkün olmur. Bu səbəbdən də vətəndaşlar qapılarını döyən “saxta” babaların həm də təhlükəli olduqlarını nəzərdə saxlamalıdırlar. Çünki Azərbaycanda da belə nümunələr var. Xüsusilə də bayramqabağı və bu ərəfədə evdə azyaşlıları tək qoyub harasa gedəndə, “Şaxta Baba əməliyyatı” mütləq nəzərə alınmalıdır. Blokda sevdiyi Şaxta Babanın səsini eşidən uşağın ona qapı açmayacağını düşünmək də çətindir. Digər tərəfdən, artıq peşəkarlaşmış, bankları belə soyan Şaxta Babaların evdən uşağı oğurlaması, yaxud mənzili qarət etməsi o qədər də çətin deyil.
Xatırladaq ki, 2006-cı ildə Rusiyanın Perm vilayətindəki Şaxta Baba bandası bayram ərəfəsində vilayətdə 2 adam oğurluğu faktına görə həbs olunub - Permin qəsəbələrindən birinin milis rəisinin uşağının və bir biznesmenin həyat yoldaşı və uşağının oğurlanması. Amma oğru Şaxta babalar çox uzağa gedə bilmədən saxlanılmışdılar.
Səbirli Santa əsəbiləşəndə...
Adətən azyaşlılarla işləyən Santa Klauslar səbr və təmkinləri ilə fərqlənirlər. Uşaqların nazı ilə oynamağı bacarmaq, eyni zamanda onları razı salmaq üçün Santa Klauslar insan psixologiyasına da bələd olmalıdır. Bu sahədə ən peşəkarlar isə hələ ki Böyük Britaniyanın təşkilatlanmış Şaxta babaları sayılır. Britaniyada yerləşən Şaxta Babalar Cəmiyyəti ildə bir dəfə yeni üzvlərini psixologiya kurslarına cəlb edir. İngiltərə və Almaniya və İsveçdə əsl Şaxta babalar üçün fəaliyyət meyarları da müəyyənləşdirilib. Bu meyarlara Santa Klausların hansı formada və çərçivədə fəaliyyət göstərə bilməsi, geyimi, hansı tonda danışması və s. daxildir. Adına və sənətinə hörmət edən Şaxta babaların bu meyarlara riayət etmələri təklif olunur.
Bununla belə, arabir kəmhövsələ Şaxta Baba da tapılır ki, bunlar da özləri bilmədən bəzi qalmaqallarla yadda qalırlar. 2008-ci ildə Danimarkada şou televiziya kanallarının birində iştirak edən Santa Klausun canlı yayımda tədbir iştirakçıları tərəfindən əsəbiləşdirilməsi bütün proqramı alt-üst edib. Əvvəlcə əlindəki hədiyyələri tədbirin aparıcısına tullayan Santa Klaus daha sonra bığını, saqqalını, papağını və paltarını çıxarıb, səhnəyə tullayıb. İştirakçıları küçə söyüşləri ilə təhqir edərək, səhnəni tərk edib.
İsveçdə isə ötən il dekabrın 29-da Şaxta babalar karnavalında öz Qar Qızını başqası ilə dəyişik salan, məclisə əvvəlcədən “vurub” hazır gəlmiş Santa Klausun digər həmkarının Qar Qızı ilə əylənməsi mübahisəyə, daha sonra isə əlbəyaxa savaşa yol açıb. Daha cəld tərpənən içkili Şaxta Babanın əsaya əl atması isə həmkarının həyatına son qoyub. Nəticədə Şaxta Baba nə az, nə çox - 7 illik məhbəs həyatını yaşamağa məcbur olub.
2007-ci ildə Los-Anceles şəhərində bayramqabağı çoxlu spirtli içki qəbul etmiş bir Santa Klausu isə şəhər polisi yüksək sürətlə avtomobil sürərkən saxlayıb. Analizlər zamanı Santa Klausun qanında alkoqolun miqdarının göstərilən həddən dəfələrlə çox olması üzə çıxıb. Nəticədə “avtoş” Şaxta Babaya 5 min dollar cərimə yazılıb.
Terrorçu Santanın macəraları
Şaxta babaların adından istifadə edənlər arasında terrorçuların sayı da ilbəil artmaqdadır. ABŞ-da 2006-cı ildə təhlükəsizlik qüvvələri tərəfindən bir neçə terrorçu Santa Klausun yaxalanması terrorun açıq hədəfində olan bəzi Avropa ölkələrində Şaxta babaların təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülməsi ilə nəticələndi. Qeyd edək ki, 2006-cı ilin dekabr ayının ortalarında Nyu-Yorkda keçirilən bir karnavala gələn Şaxta Babanın əslində bu dona girmiş terrorçu olduğu üzə çıxıb. Təsadüf nəticəsində şübhəli Santa Klausu saxlayan polis onun üzərindən bomba aşkarlayıb.
Şaxta babalar hərbi əməliyyatlarda da iştirak edib. Müxtəlif məlumatlara görə, Şaxta babalar hərbi əməliyyatlara ilk dəfə İkinci Dünya Müharibəsinin sonlarına yaxın “cəlb olunub”. Yeni il günü Şaxta Baba donuna girmiş silahlı alman əsgərləri sovet ordusunun əsgərlərinin yerləşdiyi evlərə gəlir və burada partlayışlar törədirmiş. Müharibədən sonra bu metoddan Ukraynada benderlər istifadə etsələr də, ilk cəhd istisna olunmaqla, əməliyyat uğursuz alınıb.
Müharibədən 40 il sonra - sovet qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlar apardığı illərdə də analoji faktlar qeydə alınıb. Şaxta Babaya çevrilən əfqan mücahidlər 1985-ci il dekabrın 31-də Bədəxşan, Qunduz və Zabul əyalətlərindəki sovet taborlarının kazarmasına girməyi bacarır. Müsəlman Əfqanıstan ölkəsində içkili rus əsgərlərinə Şaxta Babanın hansı “hədiyyə”ni gətirdiyini isə SSRİ tərəfi 1989-cu ildə açıqlayır. “Versiya” qəzetinin yazdığına görə, sovet kəşfiyyatı sonradan 110 nəfərə yaxın əsgərin ölümü və 40-dan çox insanın yaralanması ilə nəticələnən, eyni vaxtda həyata keçirilmiş bu “Şaxta Baba əməliyyatı”nın arxasında amerikalıların dayandığını müəyyənləşdirib.
Maraqlısı odur ki, ötən əsrin 80-ci illərində müsəlmanları Şaxta Baba əməliyyatı ilə tanış edən amerikalılar 2000-ci illərin əvvəllərində İraqda analoji basqınla üzləşməli olub. 2005-ci ildə Yeni il günü Mosul şəhəri yaxınlığında və Əl-Bağdadiyyə rayonunda xidmət edən ABŞ-ın iki hərbi hissəsi eyni aqibəti yaşayıb. Əsl Santa Klaus qiyafəsində, bayram hədiyyəsi ilə hərbi hissəyə gələn iraqlı mücahidlər əsgərlərlə bir yerdə əvvəlcə Yeni ili qeyd edib. Silahsız Şaxta babalardan zərər gözləməyən amerikan əsgərlərinin ehtiyatsızlığı isə onların öz silahlarının Şaxta babaların əlinə keçməsi ilə nəticələnib. İraq Santa Klausları hərbi hissənin altını-üstünə çevirməyə, 10-dan artıq amerikalı əsgəri öldürməyə və yaralamağa nail olublar. Təbii ki, öz həyatları bahasına...
Rəşad Süleymanov

771