6 qəzet və 1 jurnal “reket nəşr” elan olundu – SİYAHI
Bu barədə Lent.az-a Şuradan bildirilib. Şura sədri Əflatun Amaşov gündəliyi elan edib. Gündəliyə Mətbuat Şurasının 2009-cu ildəki fəaliyyətinə dair hesabatı; Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında Mətbuat Şurasının qərarlarının çıxarılması, Mətbuat Şurası “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların çıxarılması və Mətbuat Şurasının sıralarına qəbul məsələləri daxil edilib.
İdarə Heyətinin üzvləri “Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə gördüyü işlərə dair hesabatı” diləyərək müsbət qiymətləndirdilər. Qərara alınıb ki, hesabat əlavə və təkliflərlə birgə 2010-cu ilin yanvarında media və ictimaiyyətə təqdim olunsun.
MŞ sıralarına qəbulda 5 müraciətə baxılıb. Müzakirələrdən sonra “Ailə həkimi”, “Birlik”, “Azərbaycan nəşrləri” jurnalları və “Media və Mülki Cəmiyyət” ictimai Birliyi Şura sıralarına qəbul olunub. İclasda belə qarara gəlinib ki, “Yeni xəbər” qəzetinin bir illik saylarının monitorinqi aparıldıqdan sonra bu nəşr MŞ sıralarına qəbul oluna bilər.
Sonra Şikayətlər üzrə Komissiyanın və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar çıxarılıb. “Gündəlik Bakı”, “Zərbə”, “Tolerant Azərbaycan”, “Əsas xəbər”, “Dünya kriminal”, “Güzgü” qəzetlərinin və “Mozalan” jurnalının adları “reket nəşr” elan olunaraq, “Bizim vətən” qəzetinin adı isə xəbərdarlıq edilərək Şuranın “qara siyahı”sına salınıb.
Cari məsələdə Mətbuat Şurasının 2010-cu ildəki iş planına dair müzakirələr aparılıb və bununla bağlı təkliflərin yanvarın ilk ongünlüyünədək qruplaşdırılaraq Şuranın İdarə Heyətinə təqdim olunması barədə qərara gəlinib.
Qeyd edək ki, “qara siyahı”ya düşən bir sıra nəşrlər Şuraya fəaliyyətlərində dönüş yaratdıqları barədə müraciətlər ünvanlayıblar. Buna görə də iclasda «qara siyahı»ya düşən nəşrlərin oradan çıxarılması ətrafında da müzakirələr gedib. Bildirilib ki, bu məsələ MŞ-nin “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair təlimatında nəzərdə tutulan müddəalara uyğun olaraq tənzimlənəcək. Prosesə gələn ildən başlanılması üçün imkanların nəzərdən keçirilməsi məqsədəuyğun sayılıb.

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06