“Fatimeyi Zəhra” məscidi polis əhatəsində
29 dekabr 2009 17:45 (UTC +04:00)

“Fatimeyi Zəhra” məscidi polis əhatəsində

Bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Bu barədə Lent.az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Məsələ ilə bağlı “Fatimeyi Zəhra” məscidi dini icmasının sədri Tofiq Rəzizadə Lent.az-a bildirib ki, ərazidə həqiqətən də çoxsaylı polis əməkdaşları var. O bunu bu gün İmam Hüseynin (ə.s.) “üç” mərasiminin olması lə izah edib: “Yəqin fikirləşiblər ki, biz bu mərasimlə balı məscidə yığışacağıq. Ancaq icma üzvlərinə tapşırıq vermişəm ki, bu gün heç kim orada mərasim keçirməsin, ora yığışmasın”.

T.Rəzizadə bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla görüşəcəklirini də bildirib: “Biz icmanın qeydiyyata alınması üçün lazım olan sənədləri Qafqaz Müsəlmanları İdarəsinə təqdim etmişdik. Artıq idarənin müvafiq rəyilə sənədlər Komitəyə göndərib. Bu gün saat 15.00-da isə Komitə sədri Hidayət Orucovun qəbulunda olacağıq”.

Xatırladaq ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi "v" massivi 33 ünvanında yerləşən “Fatimeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı iddiasını təmin edib. Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.

“Fatimeyi-Zəhra” məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850

Oxşar yazılar