Pensiyanın baza hissəsi ləğv olunacaq
29 dekabr 2009 16:00 (UTC +04:00)

Pensiyanın baza hissəsi ləğv olunacaq

“Pensiyanın baza hissəsi müvəqqətidir və bu, müəyyən dövr keçdikdən sonra ləğv olunacaq. Biz pensiya sisteminin özünümaliyyələşmə prinsipi ilə işləməsinə nail olmalıyıq”.

Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, ölkədə əməkhaqqının leqallaşdırılması və işçi kimi qeydiyyata düşənlərin sayının artırılması hesabına sosial sığorta haqları üzrə ödənişlər artacaq. Bu isə pensiya ödənişlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən fonda ayrılan transfertdən imtina etməyə imkan verəcək: “Belə olsa, pensiyanın ayrıca baza hissəsinin göstərilməsinin əhəmiyyəti qalmayacaq. Pensiya tərkibində minimum anlayışı ola bilər, lakin o da zaman keçdikcə əhəmiyyətini itirməlidir. Ona görə də hər kəs işçi kimi rəsmi qeydiyyata düşməsinə və əməkhaqqının maaş cədvəlində düzgün göstərilməsinə maraq göstərməlidir”.

Səlim Müslimov bildirib ki, hazırda pensiya-sığorta sistemində iki ən vacib problem var. Bunlardan biri əməkhaqqının leqallaşdırılması, digəri isə fərdi uçot sistemində qeydiyyatda dayanma ilə bağlıdır. Onun sözlərinə görə, hər ilin sonunda pensiyaçılara fond tərəfindən onların hesabında nə qədər vəsaitin yığıldığı haqda məktub göndəriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar