Əhalinin pensiyası 100 faiz ödənilib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu il ərzində pensiya və təqaüdlərin 100 faiz ödənişini başa çatdırıb. Sonuncu ödənişlər kimi bu gün 18 milyon manat yerlərə göndərilib.
Lent.az-ın məlumatına görə, bu barədə fondun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, dekabr ayı üçün yerlərə göndərilmiş 18 milyon manatın 14,6 milyonunu hərbi qulluqçu və xüsusi rütbəli şəxs kimi pensiya alanların müavinətlərinin maliyyələşdirilməsinə, qalan məbləğ isə ölkənin rayonlarında yaranmış kəsirlərin ödənməsinə yönəldilib.
Bundan başqa, Səlim Müslümov bildirib ki, dekabr ayı ərzində pensiyaların ödənməsinə 164,8 milyon manat pensiyaçıların hesabına köçürülüb. Onun sözlərinə görə, artıq DSMF-nun 2009-cu il üçün pensiyaçılara bir manat da olsun borcu qalmayıb.
Fon sədri pensiyanın tam şəkildə əhaliyə çatdırılmasına dəstək verdiyi üçün Maliyyə Nazirliyinin rəhbərliyinə təşəkkür edib: “Artıq əvvəlki aylar üzrə ödənilməyən vəsaitlər tamamilə ödənilib. Buna görə Maliyyə Nazirliyinə təşəkkür edirəm. Çünki Dövlət Sosial Müdafiə Fondu buna nail olmaq üçün Maliyyə Nazirliyinin dəstəyindən istifadə edib”.
Səlim Müslümov bir daha vurğulayıb ki, yaxın iki gün ərzində dekabr ayı üzrə pensiyaların ödənişi tam şəkildə başa çatacaq: “Biz razılığa gəlmişik ki, ilin son üç günü ərzində banklar vəsaitin pensiyaçılara çatdırılması istiqamətində aktiv işləsinlər”.
Elxan SALAHOV

Oxşar yazılar

İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
1 iyul 2025 , 16:13
Dünyada ən məşhur ad AÇIQLANDI
1 iyul 2025 , 15:43
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilmədi
1 iyul 2025 , 14:45
Azərbaycanda ucuz kondisioner bazarı – onları yataq otağına qoymayın
1 iyul 2025 , 14:09
Uşaqlı qadınlara əlavə məzuniyyət verilir? - CAVAB
1 iyul 2025 , 13:39
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
1 iyul 2025 , 13:24
Günəşdə yanmısınızsa, ağrını tez bir zamanda yüngülləşdirməyin 3 ÜSULU
1 iyul 2025 , 13:09