DSMF jurnalistləri mükafatlandırdı
Dövlət Sosial Müdafiə Fondu jurnalistlər arasında “Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə” mövzusunda keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb. Bu gün fonda müsabiqədə qalib gəlmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, fondun sədri Səlim Müslümov tədbirdə çıxış edərək sosial-sığorta sahəsində görülən işlərdən danışıb. O qeyd edib ki, il ərzində sığorta pensiya sahəsində əhalinin maarifləndirilməsi fondun prioritet vəzifələrindən olub. Elə bu məqsədlə də jurnalistlər üçün “Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə” mövzusunda müsabiqə keçirilib. Bu müddət ərzində yazılı və elektron mediada məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolu, məcburi dövlət sosial sığortasında fərdi uçotun, pensiya sistemində sığorta prinsiplərinə keçidin əhəmiyyəti barədə çoxlu yazılar dərc olunub.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin yekunlarına görə ən yaxşı məqalə nominasiyasında I yeri “Zerkalo” qəzetinin əməkdaşı Liya Bayramova, II yeri “525-ci qəzet”in müxbiri Ülkər Nəbiyeva və Lent.az xəbər portalının əməkdaşı Elxan Salahov, III yeri isə “Üç nöqtə” qəzetinin müxbiri Xalid Vahidoğlu və “Azadinform” agentliyinin müxbiri İlham Məmmədov tutub.
Televiziyalar arasında müvafiq olaraq ANS (Anar Cəbrayıllı), Az.TV (Əli Rzayev) və Lider (Rasim Şərifov), ATV (Elnur Quliyev) və “Space” (Sevinc İskəndərova) seçilib. Bundan başqa, 7 jurnalist diplom və həvəsləndirici mükafata layiq görülüb.

698