““Gənclər şəhərciyi”nə ürəyimizdə ümid var, başqa ümid yoxdur”
28 dekabr 2009 13:50 (UTC +04:00)

““Gənclər şəhərciyi”nə ürəyimizdə ümid var, başqa ümid yoxdur”

“Bu il gənclər sahəsində nailiyyətlərimiz çox yüksək olub. İl ərzində 62 gənclər təşkilatının 95 layihəsinə 300 min manat vəsait ayrılıb”.

Lent.az-ın məlumatına görə, gənclər və idman naziri 2009-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında belə deyib. Nazir gənclərlə bağlı il ərzində keçirilən ən böyük tədbirlər sırasında Avropa Beynəlxalq Elm Olimpiadasını xüsusi qeyd edib.

Azad Rəhimov gənc ailələrin mənzillə təminatı üçün 2007-ci ildən hazırlanmış, lakin tikinti şirkətlərinin bəyənmədiyi söylənilən “Gənclər şəhərciyi”nin taleyindən də danışıb. Amma onun bu suala cavabı çox qısa olub: “Bizim “Gənclər şəhərciyi” layihəsinə ürəyimizdə ümid var. Bundan başqa ümid yoxdur”.

Nazir xatırladıb ki, 2010-cu ildə Azərbaycanda gənclər iş sahəsinə 4 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar