“Azəriqaz” gücləndirilmiş rejimdə fəaliyyətə başladı
Müəssisə abunəçilərdən təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə abunəçilərə verilən təbii qazın həcmi artırılıb. Məqsəd bayram günlərində əhalinin təbii qaza olan tələbatının tam təminatına şərait yaratmaqdır.
Azərbaycan Respublika Dövlət Neft Şirkətindən (ARDNŞ) Lent.az-a bildiriblər ki, bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə yerli şöbələrdə sutkalıq növbətçilik sistemi yaradılıb.
ARDNŞ-də bildirirlər ki, bayram günləri ərzində heç bir rayonda borclu abunəçilərin qaz təchizatı dayandırılmayacaq. Ancaq yanvarın 5-dən etibarən məhdudiyyətlər yenidən tətbiq olunacaq. “Azəriqaz” xəbərdarlıq edir ki, borclu abunəçilər istifadə etdikləri təbii qazın dəyərin ödəməsələr, bayramdan sonra onlar inzibati qaydada cəzalandırılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54