“Biz 50-100 bal toplamış abituriyentləri də ali məktəblərə qəbul etməyə məcburuq”
Məleykə Abbaszadə: “Bunlar əsasən gələcək artistlər, müğənnilər, rejissorlar və idmançılardır”
“2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edən 107 min abituriyentin 39,2 faizi 0-100 bal arasında nəticə göstərib, bu, o deməkdir ki, həmin abituriyentlərin heç biri ali təhsil ala bilməz. Çünki onlar bu nəticələrlə ali məktəbdə oxuya bilməzlər”.
Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında belə deyib. O qeyd 500-700 bal arasında nəticəni abituriyentlərin yalnız 4,1 faizi göstərə bilib: “Bu, real rəqəmdir. Çünki, həmin 4,1 faiz abituriyent real əlaçılardır və onlar 5 faizdən çox ola bilməz”.
Komissiya sədri bildirib ki, builki imtahanlarda 300-500 bal arasında nəticə göstərmiş abituriyentlərin faiz göstəricisi 16,6 faiz olub. Beləliklə, abituriyentlərin 20 faizi 300-700 bal arasında nəticə göstərib. Onun sözlərinə görə, bu ilki imtahanlarda 100-200 bal arasında nəticə göstərmiş abituriyentlər də ali məktəbə daxil olub: “Bunlar əsasən, gələcək artistlər, müğənnilər, rejissorlar və idmançılardır. Biz məcburuq ki, 50-100 bal arasında nəticə göstərmiş 2,6 faiz abituriyenti də ali məktəblərə qəbul edək. Bunlar yalnız və yalnız idmançılardır. Belə olmamalıdır, ali təhsil almaq istəyən insan 50 toplayıbsa, gələcəkdə heç idman müəllimi də işləyə bilməz. Təəssüf ki, həmin ali məktəblərdə işləyən mütəxəssislər belə fikirləşmir, reallıq belədir”.
Elxan SALAHOV

687