Bu gün imtahandır
25 dekabr 2009 21:15 (UTC +04:00)

Bu gün imtahandır

Ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsi başlayır

Yaxın dəqiqələrdə ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsi başlayır. Azərbaycan Beynəlxalq Universitetinin binasında saat 14:00-da başlanan imtahan 1 saat 30 dəqiqə davam edəcək.

Lent.az-ın məlumatına görə, dekabrın 19-da birinci mərhələ üzrə keçirilən imtahanda iştirak etmiş 479 bakalavrın 190 nəfəri qəbul imtahanının ikinci mərhələdə iqtirak etmək hüququ qazanıb. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır.

İmtahanın nəticələri TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Qaydalara əsasən, seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 15-dən az olmamalıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar