Azərbaycanda HİV-a yoluxanların 63%-i narkomanlardlr
25 dekabr 2009 19:45 (UTC +04:00)

Azərbaycanda HİV-a yoluxanların 63%-i narkomanlardlr

Lent.az-ın xəbərinə görə, iclasa QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova da qatılıb.
Qanun layihəsi barədə Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Statistik rəqəmlərə nəzər salan Musa Quliyev deyib ki, HİV infeksiyasının aşkar olunduğu 1981-ci ildən indiyədək dünyada 40 milyon adam bu xəstəliyə yoluxub. 6 milyon insan isə dünyasını dəyişib. Sözügedən qanunun qəbul olunduğu 1996-cı ildə Azərbaycanda cəmi iki nəfərin HİV infeksiyasına yoluxduğu aşkar edilmişdi: “Ən son məlumatlara görə isə indiyədək ölkəmizdə bu xəstəliyə yoluxan 2224 nəfər aşkar edilib. Ancaq bu, rəsmi statistikadır. Əsl reallıqda isə HİV-ə yoluxanların sayı bundan dəfələrlə çoxdur. Azərbaycanda HİV infeksiyasının aşkar edildiyi insanların 88,3 faizi kişilər, 11,7 faizi qadınlardır”.
Musa Quliyev onu da bildirib ki, Azərbaycanda aşkar olunan xəstələrin 63 faizi narkotiklərdən istifadə nəticəsində, 23,3 faizi cinsi yolla, 11,1 faizi qeyri-müəyyən səbəblərdən bu xəstəliyə yoluxublar: “Bir qisim isə donor qanın köçürülməsi və xəstəliyin anadan uşağa ötürülməsi yolu ilə HİV infeksiyasına düçar olub”.

Musa Quliyev bildirib ki, indi bütün dünyada bu xəstəliyə münasibət dəyişib. Bütün ölkələr bununla bağlı qanunvericiliklərinə dəyişikliklər ediblər. Bu zaman daha çox HİV infeksiyasına tutulanların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası kimi məsələlər önə çəkilib.
Müzakirələr fasilədən sonra davam edəcək.
Xatırladaq ki, əvvəlcə Milli Məclisin 1996-cı ildə qəbul etdiyi qanuna sadəcə əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulurdu. Lakin əlavə və dəyişikliklər çox olduğu üçün tamamilə yeni qanun layihəsinin hazırlanması qərara alınıb. Layihənin preambula hissəsində qeyd olunduğu kimi qəbul edildikdən sonra bu qanun Azərbaycanda immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin profilaktikasının, diaqnostikasının, müalicəsinin, HİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.


Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987

Oxşar yazılar